DİN Tolikin hərbçiləri təhqir etməsi ilə bağlı məlumatlara münasibət bildirib


12:55     14 Yanvar 2022 22_01_14_1642147537.jpg

Daxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyev (Tolik) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az -ın sorğusuna cavab olaraq bildirib ki, T.Əliyev özü özü ilə bağlı tədbir görüb.

"Sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib", - o vurğulayıb.

Qeyd edək ki, Tolikin sosial şəbəkədə canlı yayım zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təhqir etməsi ilə bağlı videogörüntüləri yayılmışdı.

Açar sözlər:

Oxunub: 219