Abşeronda həyat yoldaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır
13:17 15 Yanvar 2022
Abşeronda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Kürdoğlu Məmiyevin cinayət işi üzrə məhkəmə iclası başlayır.
Femida.az
xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rəşad Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda Abşeron rayonu Masazır qəsəbəsində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü K.Məmiyev mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Aidə Məmiyevanı bıçaqlayıb.
K.Məmiyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Oxunub: 576
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Abşeronda 32 yaşlı kişi intihara cəhd edib
- Abşeronda ata qızını qətlə yetirib
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb