Cəlilabad sakinində qanunsuz odlu silah aşkar edilib


20:55     16 Yanvar 2022 22_01_16_1642343355.jpg

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini S.Məmmədovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmçinin rayon sakinləri S.Yarıyev və S.Piriyevin isə mülki silahın daşınması qaydalarını pozduqları müəyyən edilib.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 567