DİN: "Qarabağa səfər üçün kiməsə üstünlük hüququ yoxdur"
12:59 18 Yanvar 2022
"Qarabağa səfər üçün bilet almış şəxsin icazəsi elə həmin tarixdən başlayır. Bu ərazilərə səfərlər zamanı üstünlük hüququ olan insanlar yoxdur. Hamıya bərabər şərait yaradılıb".
Femida.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, hazırda hər kəs işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir, amma avtobusların sayı buna imkan vermir: "Bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub. Prosesin gedişində avtobusların sayı artırıla bilər. Həmçinin tələb irəli sürülüb ki, insanlar gediş-dönüş biletini eyni anda alsınlar. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub”.
“Bu səfərlər yalnız ölkə vətəndaşlarına aiddir. Gələcəkdə lazım gələrsə xarici vətəndaşlar üçün turizm səfərləri təşkil olunacaq”, - o əlavə edib.
Oxunub: 592
Oxşar xəbərlər
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- DİN: "Sumqayıtda itkin düşən 84 yaşlı şəxs axtarılır"
- DİN: “Azad edilən ərazilərdəki polis postlarına dərmanlar göndərilib”
- DİN: "Bu il oğurluq hadisələri 542 fakt azalıb"
- DİN: İmişlidə yanğın zamanı beş polis əməkdaşı tüstüdən zəhərlənib
- DİN: Ötən il balıq ovuna görə 102 fakt üzrə cinayət işi başlanıb
- DİN: 1360 maşın postlardan geri qaytarılıb