Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb


13:33     18 Yanvar 2022 22_01_18_1642494840.jpg

“Ötən il Azərbaycana 791 983 əcnəbinin girişi qeydə alınıb. Bu da 2020-ci illə müqayisədə 0,5 faiz azalma deməkdir".

Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əcnəbilər arasında əsasən Rusiya, Türkiyə, İran, Gürcüstan və Ukrayna ölkələri üstünlük təşkil edir: "Ötən ilin dekabr ayının 31-nə olan statistikaya görə, ölkədə 131 512 əcnəbi olub. Hazırda isə ölkədə 129 590 əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs yaşayır. Olduğu yer üzrə qeydiyyatda olan şəxslərlə bağlı 14,6 %-lik artım qeydə alınıb. Ölkədə müvəqqəti yaşamaq icazəsi olan 19,8 %-lik artım olub. Bu da mövcud pandemiya şəraiti ilə əlaqəli olub”.

Açar sözlər:

Oxunub: 443