MTRŞ peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib


16:47     18 Yanvar 2022 22_01_18_1642502875.jpg

Milli Televiziya və Radio Şurası (MTRŞ) peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib.

Şuradan Femida.az-a bildirilib ki, yanvarın 28-dən "AzərSpace" peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının SD formatdan HD formata keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, bu məqsədlə qeyd olunan texniki parametrlərdən istifadə olunacaq:

Frequency: 11175
Symbol Rate: 30000
Polarization: Horizontal
FEC: 3 / 4.

Açar sözlər:

Oxunub: 396