Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb


19:29     18 Yanvar 2022 22_01_18_1642516218.jpg

Azərbaycanda "8 Noyabr-Zəfər Günü münasibətilə elan edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Femida.az -IN sorğusuna cavab olaraq bildirib ki, indiyə qədər Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib.

"Onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb", - idarə rəisi vurğulayıb.

Açar sözlər:

Oxunub: 451