Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
09:12 19 Yanvar 2022
Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər.
Femida.az TASS-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.
O, Dünya İqtisadi Forumunun vaksinlərə bərabər əlçatanlıq mövzusunda onlayn müzakirəsində iştirak edib.
"Ekosistemin bir hissəsinə çevrilən bu virus heç vaxt bitməyəcək. Ancaq səhiyyə ilə bağlı fövqəladə vəziyyətə son verə bilərik", - Rayan deyib.
O xatırladıb ki, koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət ÜST-ün baş direktoru tərəfindən 2020-ci ilin yanvarın sonunda elan edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.
Rayanın sözlərinə görə, əsas problem koronavirus deyil, cəmiyyətin ona necə reaksiya verməsidir. Bu baxımdan, Rayan dünyada peyvəndlərə çıxışın qeyri-bərabərliyinə diqqət çəkib ki, bu da yalnız ölkələr arasında deyil, ölkələr daxilində də özünü göstərir.
Oxunub: 412
Oxşar xəbərlər
- Koronavirusla mübarizədə iştirak edən həkimlərə əlavə pulun ödənilməsi müddəti uzadılıb
- Koronavirusla mübarizəyə görə həkimlərin əlavələri niyə ödənilmir? - Qurumlar bir-birinin üstünə atdı
- Koronavirusla bağlı son STATİSTİKA
- Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadıldı
- Koronavirusla əlaqədar bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib
- Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb
- Koronavirusla fəal mübarizə Ordumuza ən böyük dəstəkdir
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlandı
- Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb