Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurub


09:18     19 Yanvar 2022 22_01_18_1642529256.jpg

Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurub.

Femida.az -ın məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Mirzəyeva Nərmin Elməddin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin əziyi və sağ təpə gicgah nahiyəsinin sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 451