Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb


15:12     19 Yanvar 2022 22_01_19_1642585851.jpg

Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından Femida.az -IN sorğusuna cavab olaraq bildirilib ki, minaya düşən V.Məmmədovun səhhəti hazırda stabildir:

"26 yaşlı Vüqar Məmmədovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onun həyatı üçün hər hansı təhlükə yoxdur".

Məlumat üçün bildirək ki, yanvarın 18-də minaya düşən V.Məmmədovun sol ayağı dizdən amputasiya edilib.

Açar sözlər:

Oxunub: 351