Qaz sayğacını satmaq istəyən şəxs saxlanılıb


18:30     19 Yanvar 2022 22_01_19_1642593939.jpg

“Tap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı. Əfsuslar olsun ki, bunu da gördük. Belə ki, yanvarın 18-də sözügedən saytda “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb”.

Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinindən məlumat verilib.

Bildirilir ki, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib.

Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.

“İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. “Azəriqaz” İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur”, - deyə qurumun məlumatında deyilir.

Açar sözlər:

Oxunub: 328