Azərbaycan bu qadını beynəlxalq axtarışa verdi


21:57     19 Yanvar 2022 22_01_19_1642615108.jpg

Azərbaycanın hüquq-mühafizə orqanları kibercinayətkarlıqda təqsirləndirilən Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib.

Femida.az bildirir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 33 yaşlı Niyazi Sevinc kompüter materiallarını dəfələrlə qanunsuz mənimsəmə və kibercinayətkarlıqda təqsirləndirilir.

Onun saxlanılması üçün "qırmızı bülleten"lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən N. Sevinc təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.

Açar sözlər:

Oxunub: 536