Hikmət Hacıyev: "Ermənistandan cavab gözləyirik"


11:55     20 Yanvar 2022 22_01_20_1642660587.jpg

"Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır".

Femida.az -ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan- Ermənistan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub: "Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik".

Açar sözlər:

Oxunub: 465