Bakıda avtoyuma məntəqəsində avtomobildən oğurluq edilib


13:21     20 Yanvar 2022 22_01_20_1642664868.jpg

Bakıda avtoyuma məntəqəsində avtomobildən oğurluq edilib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yanvarın 13-də A.Şərifzadə küçəsindəki avtoyuma məntəqələrinin birində “KIA” markalı avtomobildən 1200 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini V.Heydərov və Masallı rayon sakini C.Nəzərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 365