Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib


15:55     20 Yanvar 2022 22_01_20_1642674380.jpg

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Femida.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla birlikdə olmağa davam edəcəyik”, - paylaşımda bildirilib.

Açar sözlər:

Oxunub: 523