Peyvənd olunanların sayı açıqlanıb


19:14     20 Yanvar 2022 22_01_20_1642690638.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə 26 784 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 756 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 208 739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 723 586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 824 241 təşkil edir.

Açar sözlər:

Oxunub: 400