Lənkəranda azyaşlılara tütün məmulatları satan şəxslər cərimələnib


20:57     20 Yanvar 2022 22_01_20_1642697867.jpg

Lənkəranda azyaşlılara tütün məmulatları satan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri cərimə olunublar. ​

Açar sözlər:

Oxunub: 375