Azərbaycan və Serbiya arasında viza rejimi ləğv olunur


18:03     21 Yanvar 2022 ndoneziya%20Azərbaycanla%20vizasız%20rejim%20tətbiq%20edir.jpg

Azərbaycan və Serbiya arasında viza tələbi qarşılıqlı aradan qaldırılacaq.

Femida.az -ın məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Açar sözlər:

Oxunub: 657