Qəbələ sakinindən qanunsuz ov tüfəngi götürülüb


18:57     21 Yanvar 2022 22_01_21_1642777098.jpg

Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Nic qəsəbə sakini Aleksandr Həsənovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 341