İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb


11:25     22 Yanvar 2022 22_01_22_1642825541.jpg

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib. Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi, həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır

Açar sözlər:

Oxunub: 503