Cəlilabadda şadlıq sarayının karantin qaydalarını pozan sahibi həbs olunub
17:58 22 Yanvar 2022
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Aşkarlanan hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxunub: 480
Oxşar xəbərlər
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda yanğın başlayıb
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb
- Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb
- Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda qətl törədən şəxsin məhkəməsi başlayır