Bakıda 19 yaşlı gənci avtomobil vurub
09:55 23 Yanvar 2022
Bakıda 19 yaşlı gənci avtomobil vurub.
Hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Məmmədov Vasif İlham oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 475