Sabirabadda 44 yaşlı kişi dəm qazından zəhərlənib


12:56     23 Yanvar 2022 22_01_23_1642921042.jpg

Sabirabad rayonunda yerli sakin dəm qazından zəhərlənib.

Hadisə Sabirabad şəhəri, Babək küçəsi 4-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Əliyev Elmir Balaxan oğlu evdə dəm qazından zəhərlənib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 451