Kamran Əliyev: “Ötən il rüşvət cinayətləri 2 dəfə artıb”


14:45     24 Yanvar 2022 22_01_24_1643013936.jpg

“Ötən il Azərbaycanın rayon prokuorluqlarında vəzifə cinayətləri ilə bağlı bir sıra cinayət işi başlanılıb”.

Femida.az -ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, rüşvət alma və rüşvət vermə cinayətləri ötən illərə nisbətən 2021-ci ildə 2 dəfə artıb.

Baş prokurorun sözlərinə görə, 2021-ci ildə rayon prokurorluqlarında ümumilikdə 2061 cinayət işi açılıb. K.Əliyev vurğulayıb ki, rayon prokurorluqları 633 cinayət işinin istintaqını yekunlaşdıraraq məhkəməyə göndərib.

Açar sözlər:

Oxunub: 459