Abşeronda 40 yaşlı kişi bıçaqlanıb


13:21     25 Yanvar 2022 22_01_25_1643095281.jpg

Abşeronda 40 yaşlı kişi bıçaqlanıb.

Hadisə rayonun Xırdalan şəhəri, Quşçuluq massivi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Murad Şahverdiyev Cavid adlı şəxslə mübahisə edib. Nəticədə Cavid M.Şahverdiyevi qarın nahiyəsindən bıçaqlayıb. Yaralı Bakıdakı xəstəxanaların birinə yerləşdiirlib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 437