Abşeronda iki nəfər dəm qazından zəhərlənib


10:33     27 Yanvar 2022 22_01_27_1643264907.jpg

Abşeron rayonunda iki nəfər dəm qazından zəhərlənib.

Hadisə Xirdalan şəhəri və Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Xırdalan şəhər sakini 2006-cı il təvəllüdlü Musayeva Həvva Rəcəb qızı, Masazır qəsəbə sakini Güldəstə Səfərova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 374