Şəmkirdə qonşusunu bıçaqlayan şəxsə hökm oxunub


11:44     27 Yanvar 2022 22_01_27_1643265916.jpg

Şəmkir rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fəxri Əhmədova hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Femida.az -ın xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmdə qeyd edilib ki, F.Əhmədov Cinayət Məcəlləsinin (CM) 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinsin.

Xatırladaq ki, hadisə 2020-ci il oktyabr ayının 20-də Şəmkir rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlu qonşusu, 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğluna şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirib.

F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində CM-nin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 536