Bakıda avtomobil piyadanı vuraraq öldürüb


13:28     27 Yanvar 2022 22_01_27_1643272181.jpg

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 26-sı saat 07 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində paytaxt sakini V.Zeynalov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Teymur Verdiyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 428