Xaçmazda tanışını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb


10:22     29 Yanvar 2022 22_01_29_1643436753.jpg

Xaçmaz rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən Neman Rəhmətullayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Femida.az -IN xəbərinə görə, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 25-də Xaçmaz rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Neman Rəhmətullayev, həmyerlisi və tanışı Teymur Mustafayevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla 5 zərbə vurub.

Sentyabrın 26-da N.Rəhmətullayev könüllü olaraq polisə təslim olub və o, şübhəli şəxs qismində istintaqa cəlb edilib.

İstintaq dövründə onun barəsində Cinayət Məclləsinin 126.2.4-cü ( Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 374