Naxçıvanski küçəsi açıldı - FOTO


02:12     02 Fevral 2016 ays.az14543301771.jpg

Bakı şəhərində nəqliyyat vasitələrinin, həmçinin piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hətəkətini təmin etmək məqsədi ilə “Azəryolservis” ASC tərəfindən kompleks tədbirlər uğurla davam etdirilir.

Femida.az xəbər verir ki, bu işlər çərçivəsində Nizami rayonu Naxçıvanski küçəsi də təmir edilib.

Küçənin hər iki istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru və əksinə olan 1 km 700 metrlik hissəsi “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovun nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 16 min kvadrat metr sahənin 11 sm qalınlığında asfaltlanması işləri aparılıb.

Ortalama eni 9 metr olan küçəyə 3400 paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 54 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.

Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Açar sözlər:

Oxunub: 1028


Oxşar xəbərlər