Dünyanın ən təhlükəli cinayətkar qadınları – Siyahı (FOTOLAR)


15:30     15 İyun 2015 xfg7.jpg

Dünyanın güclü mafiya və cinayətkar dəstələrinin üzvlərini təsəvvür edərkən ciddi, kostyum geyinmiş, qara eynəkli kişilər göz önündə canlanır.


Lakin bu hər zaman elə deyil. Onlar arasında yetərincə təhlükəli cnayətkar sayılan zərif cinsin nümayəndələrinə də rast gəlinir.

Rusiya mediasına istinadən onlardan bir neçəsini təqdim edirik:

Sandra Avila Beltran Meksika narkotika kartelinin rəhbəridir. İki dəfə ərdə olub. Hər ikisini killer vasitəsi ilə öldürtdürüb. Çox ağıllı olduğu üçün heç bir iz saxlamayıb. Lakin bir dəfə müxtəlif cinayətlərə görə haqqında araşdırma başlanıb. O, özünü heç bir şeydən xəbəri olmayan evdar qadın kimi təqdim etsə də, hazırda həbsxanadadır.



Klaudiya Oçoa Feliks “Los Antrax” Meksika quldur dəstəsinin başçıdır. Sevgilisi El Çino dörd nəfərin ölümünə görə həbs olunduğu vaxtdan o, bu “vəzifə”yə keçib. Klaudia həm də İnstaqramda aktivdir.



Cudi Moran Avstraliya narkotika şəbəkəsinə başçılıq edən ailənin ən məşhur üzvüdür. Birinci əri və oğlu öldürülüb. Bir oğlu isə həbsdədir. Cudi özü də toplam 26 il türmədə yatıb.



Telma Rayt Filadelfiyanın məşhur narkobiznesi olan həyat yoldaşı Ceki Rayt 1986-cı ildə öldürüldükdən sonr abu işin başına keçib. 1991-ci ildə həbs olunn Telma daha sonra qərara gəlir ki, qanunsuzluq və cinayətlə dolu həyatdan kənar qalsın.



Mariya Leon 13 uşaq anasıdır. İnsan qaçaqlığı mafiyasının məşhur üzvüdür. 2008-ci ildə oğlu polislə qarşıdurma nəticəsində öldürülür. Meksikada olan Mariya oğlunun cənazəsinə gəlmək üüçün ABŞ-a gəlmək məcburiyyətində qalır. Gizli yolla ölkəyə girən qadının mafiyasının üzvləri artıq əvvəlcədən nəzarət altına alınmışdı. ABŞ-a girən M.Leon dərhal həbs edilib.



Mariya Riççardi ailə mafiyasının üzvüdür. Riççardilər klanı heç vaxt qadın alveri ilə məşğul olmayıblar. Lakin Mariya Albaniyadan qızları müxtəlif yollarla Napoliyə gətirərək satmağa başlayır. Gəldikdən sonra bununla razılaşmayan hər bir qızı elə yerində öldürən Mariya 2001-ci ildə həbs olunur.



Rozetta Kutolo “Nuova Camorra” mafiya başçısının bacısıdır. Qardaşı həbs olunduqdan sonra onun biznesini davam etdirir. 80-ci illərdə o bir çox cinayətdə, eləcə polis bölməsini partlatmaqda günahkar bilinir. 10 il qaçaq və gizli həyat yaşayan Rozetta 1993-cü ildə yorulduğunu səbəb gətirərək təslim olur.



Cemeker Tompson əri ilə bir yerdə narkotika biznesi ilə məşhur olan qadındır. Uzun müddət təqib olunan Cemeker həyat yoldaşının həbsindən 5 il sonra Los-Ancelesə gəlir və burda dəmir barmaqlıqlar arxasına düşür.



Rafaella Dalterio həyat yoldaşının ölümündən sonra Napolidə onun mafiyasını idarə edir. 2012-ci ildə dəstəsindən 65 nəfər ilə birlikdə həbs olunub.



Anna Kristina insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupunun başçısıdır. 2012-ci ildə həbs olunduğu zaman məhkəmə zalında günahını etiraf edir. Daha sonra özünü müdafiə edərək 5 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası ilə xilas oldu.





Açar sözlər:

Oxunub: 4606