Bu qadının hüququ toxunulmazdır (FOTOLAR)


17:07     04 İyul 2015 YENI6.jpg

Tuareqlərin həyat tərzi digər Afrika qəbilələrindən ilk öncə qadının əsas rola malik olması ilə fərqlənir. Boşanma halında əmlakın bölünməsi ilə qadınlar məşğul olur.


Ümumilikdə tuareqlər xalqına məxsus qadınlar bir çox Avropa ölkələrindəki qadınlardan daha çox hüquqa malikdirlər, lakin regionda radikal ekstremist əhval ruhiyyə ilə əlaqədar qadınların vəziyyəti tezliklə kəskin şəkildə pisləşə bilər. Tuareq cəmiyyətində qadın böyük hörmətə sahibdir. Ev və mal-qara onlara məxsusdur.

Boşanmadan sonra uşaqlar ənənəvi olaraq anaları ilə qalırlar. Bu foto 1967-ci ildə çəkilib.



Günümüzdə tuareqlərin böyük əksəriyyəti islam dininə etiqad edir.



Tuareqlər IV əsrdə yaşayan yarıəfsanəvi çariça Tin-Hinanı öz ulu anaları hesab edirlər.



Tuareqlər 1000 ildən artıq müddətdə Böyük Səhrada köçəri həyat sürüblər, dəvələri yeni otlaqlara aparıblar.



Ənənəvi indiqo rəngli tagelmust geymiş tuareq.



Tuareq qadınları siyasi həyatda iştirak etməyə bilərlər, lakin onların fikri kişilər tərəfindən yüksək dəyərləndirilir, onlar həyat yoldaşları və anaları ilə məmnuniyyətlə məsləhətləşirlər.



Kiçik uşaqların oynadığı çadır yanında Tuareq qadını əyləşib. Qəbilə başçısının anasının çadırı- icmanın ürəyi.





Tuareq qadınının bəzəyi.







Hər axşam ailələr çadırların yaxınlığında toplaşır, lakin birlikdə masa arxasına əyləşmirlər.



Kişilər ənənəvi olaraq qadın icması tərkibinə daxil olurlar, əksinə yox. Bu o anlama gəlir ki, icmada mərkəzi olaraq qəbilə başçısı anasının çadırı hesab edilir.





Nigerdəki tuareq qadınlar. Tuareq icmasında yuxarı və aşağı kastalara bölgü mövcuddur.



Tuareq qadını 2003-cü ildə musiqi festivalında.



Böyük səhrada yaşamaq üçün dəvələr olduqca lazımlıdır. Əksər hallarda boşanma zamanı kişiyə yalnız dəvə çatır.



Boşanmadan sonra çadır və bütün əmlak, o cümlədən qəbilənin hesabına yaşadığı mal-qara qadına çatır.



Tuareq kişisi üçün böyük hörmətə sahib qayınanasının yanında yemək rüsvayçılıq sayılır.


Açar sözlər:

Oxunub: 3524