Bərzani Türkiyədə səfərdədir


20:13     23 Avqust 2016 berzani8.jpg

İraqdakı Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani danışıqlar aparmaq üçün Türkiyəyə gedib.


Bərzaninin təyyarəsi günorta saatlarında Ərbil Hava Limanından qalxaraq, yerli vaxtla saat 14:10 radələrində Ankara Hava Limanına enib. Burada onu Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu qarşılayıb.

Ankarada yerli vaxtla saat 18:00-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulan Bərzani saat 20:00-da da Baş nazir Binəli Yıldırımla bir araya gələcək.

Səfərə dair verilən məlumata görə, görüşlərdə tərəflər arasında siyasi və iqtisadi əlaqələr ilə bölgədəki son hadisələr müzakirə olunacaq.

Açar sözlər:

Oxunub: 840