Ermənipərəst ABŞ senatorunun korrupsiya qalmaqalı istefa ilə nəticələndi


14:02     02 Aprel 2015 1.jpg

Barəsində korrupsiya ittihamı irəli sürülən ABŞ-ın Nyu Cersi ştatından seçilmiş senator Robert Menendes Senatın Xarici Əlaqələr Komitəsindəki vəzifəsindən istefa verib.


Femida.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

 

Məlumata görə, Robert Menendesi komitədə tutduğu vəzifədə Demokrat Partiyasından olan Barbara Bokser və ya Benjamin Kardin əvəz edə bilər.  

 

Bundan əvvəl  Robert Menendesin vəzifəsindən istefa verməkdən imtina etdiyi bildirilmişdi.

 

Robert Menendesə qarşı korrupsiya ittihamları ilk dəfə mart ayında gündəmə gəlib.  O tanışı Demokrat partiyasının donoru, həkim oftalmoloq Salomon Melgenə kömək etmək üçün vəzifə səlahiyyətlərindən istifadə etməkdə şübhəli bilinir.   Ədliyyə Nazirliyində iddia edirlər ki, bu “xidmətlər”ə görə Robert Menendes müntəzəm olaraq bahalı bəxşişlər, o cümlədən, heç bir ödəniş etmədən hava nəqliyyatından istifadə imkanı əldə edib.

 

Qeyd edək ki, 62 yaşlı Robert Menendes ermənipərəst mövqeyi ilə seçilir.

Açar sözlər:

Oxunub: 1013