Çinlini, koreyalını yapondan necə seçək?


23:00     09 İyul 2015 956d481a-2c16-4f03-bd74-ca84b4eb9f50.jpg


Son bir neçə həftədir ki, Türkiyədə, Azərbaycanda və dünyanın bir çox ölkələrində Çində irqi ayrı-seçkiliyə məruz qalan uyğur türklərinin haqları ilə bağlı etiraz aksiyaları keçirilir.

Hətta, bir qrup Türkiyə vətəndaşı çinli hesab etdikləri bir qrup koreyalı turistə hücum etmək istəyib. Eyni zamanda, bir qrup türk isə etiraz əlaməti olaraq çinlilərə məxsus restorana girərək çinli sandığı uyğur türkü olan aşpazı döyüblər. Yaxud da, çinli zənn etdikləri Türkiyədə yaşayan yapon aktrisa Ayumi Takanoya “twitter”də təziqlər edilib.

Bəs bu cür halların yaşanmaması üçün yaponu, çinlidən və koreyalıdan necə ayırd edə bilərik?
Femida.az bu suala cavab axtarıb.

4 RƏQƏMİNİ GÖSTƏRƏNDƏ QAÇIRSA, YAPONDUR

Əvvəlcə Yaponlardan başlayaq. Qarşınızda bir nəfər çəkik gözlü insan varsa, bu yapondur? Bəs necə bilək?

Üzərində "4" rəqəmi yazılmış bir kağız götürün və bunu qarşınızdakı çəkik gözlü insana göstərin. Əgər, qorxursa yapon olma ehtimalı çox yüksəkdir. Yaponların 4 rəqəmindən xoşları gəlməz. Hətta, bu rəqəmdən nifrət də edirlər. Çünki, dördün tələffüzü yapon dilindəki “ölüm” sözünün tələffüzünə çox bənzəyir.

Yaponlar bu səbəbdən 4 rəqəmini liftlərdə istifadə etməməyə diqqət edirlər. Daha çox əmin olmaq istəyirsinizsə, 49 yazın, çünki 49 rəqəminin tələffüzü "ölənə qədər əzab çəkmək" ilə böyük oxşarlıq təşkil edir. 49-u göstərin, əgər qaçırsa, deməli, yapondur.

AĞZINI MARÇILDADIRSA...

Çəkikgözlü adamı Çin restoranında yemək yeyərkən gördünüzsə, onu tanımaq çox asandır, çünki, yaponlar üçün ağızlarını marçıldadaraq yemək yemək bir "rəğbət" göstəricisidir. Qərb mədəniyyətində ümumiyyətlə, "ayıb" görünən bu davranış yaponlar arasında artıq qəbul olunmuş davranışdır.

Küçədə qarşılaşdığınız qıyıq gözlü bir nəfərə dəsmal uzadın və burnunu silməsini istəyin. Əgər, tərəddüd edirsə, böyük ehtimalla yaponiyalıdır, çünki Yapon mədəniyyətində insan içərisində burun silmək ayıbdır. Deməli, yolunuza davam edə bilrəsiniz.

Qarşınızdakı qıyıqgözlü asiyalıya pul uzadın. Yaponiyada bir insana pul vermək böyük bir təhqirdir. Pul verməyə çalışdığınız turist sizə qəzəbli bir şəkildə baxaraq pulunuzu almırsa, bilin ki, o yaponiyalı turistdir.

ƏGƏR SİQARET ÇƏKİRSƏ

Küçədə gördüyünüz çəkikgözlü şəxsdən sizə yol göstərməyi xahiş edin. Əgər yolu barmağı ilə deyil əli ilə göstərirsə o, yaponiyalıdır. Çünki, Yaponiyada barmaqla işarə etmək təhdidedici hərəkət anlamındadır.

Qarşıdan gələn və haralı olduğunu bilmədiyiniz çəkikgözlü insan siqaret çəkirsə o, Yapon deyil, çünki Yaponiyada küçədə siqaret çəkmək hörmətsizlikdir. Siqaret çəkənin arxasınca düşün və haralı olduğunu öyrənməyə çalışın.

DOKO ADALARI YAPONİYANINDIR. YAPONİYANIN DA QALACAQ

Siqaret çəkən insana Yapon dənizinə gedib getmədiyini soruşun. Əgər "Elə bir yer yoxdur ki, ora Koreya dənizi, ya da Şərq Dənizidir" - deyirsə qıyıqgözlü koreyalıdır. Yaponlar ilə koreyalılar bu dənizin adı üstündə razılaşa bilmirlər. Yenə də Yapon, yaxud Koreyalı olduğunu bilmək istəyirsinizsə "Doko adaları Yaponiyanındır, Yaponiyanın olaraq qalacaq" - deyə yüksək səslə qışqırmağa başlayın. Əgər qarşınızdakı Yapondursa sizinlə birlikdə ruh yüksəkliyi ilə bağıracaq. Koreyalıdırsa yerdən tapdığı daşı sizə atıb "Haradan Yaponiyandır. O adalar bizimdir" – deyərək üzərinizə gələcək. Boş bir kağıza qırmızı mürəkkəblə hər hansı bir söz yazın və o kağızı çəkikgözlü insana uzadın. Əgər Koreyalıdırsa hərəkətinizə təəccüblənəcək. Çünki, koreyalılar üçün qırmızı mürəkkəblə yazılmış bir məktub "Yaxında öləcəksən və yaxud sənin ölməyini istəyirəm" mənasını verir.

QIŞQIRARAQ SUAL VERİN

Bəs, əgər yapon və koreyalı şəxslər bu testlərdən keçmədilərsə o zaman haralıdır? Görəsən çinlidir? Bəs çinlini necə ayıraq? Qarşınızdakı insana sual verin, əgər, sizə qışqıraraq cavab verirsə, böyük ehtimalla çinlidir. Yapon və koreyalılar nə qədər sakitdirsə, çinlilər o qədər səs-küy yaradandır. Yanınızda ev iti gəzdirin. Yaxınlığınızdakı asiyalıya iti göstərib "ləzzətlidir. Yemək istəyirsiniz?" –deyə soruşun. Yemək istəsə, çinli ola bilər. Amma təəssüf ki, koreyalı da ola bilər. Çünki, bəzi koreyalılar da it yeyir. Bəzi çinlilər isə it əti yemir. Bu test qəti deyil.

YERƏ TÜPÜRÜN

Asiyalıya içməyə bir şey təklif edin. İki üç dəfə rədd edib, sonra qəbul edərsə, çinlidir. Çünki çinlilərdə təklifi bir neçə dəfə rədd etdikdən sonra qəbul etmək adətdir, həm də kübarlıq sayılır. Milliyyətini bilmək istədiyiniz qıyıqgözlünün yanına gedib yerə tüpürün, gülümsəyərək sizə baxırsa, və o da tüpürsə deməli, çinlidir. Çünki, küçəyə tüpürmək çinlilərin ən geniş yayılmış adətləri arasındadır.

Əlbəttə ki, bir də çəkikgözlü görünüşündə olan bir şəxsin Uyğur Türkü olma ehtimalı da var. Əgər, Uyğur Türkü olduğuna inanırsınızsa ona yaxınlaşaraq "Qardaş, sən Uyğur Türküsən? " -deyə soruşduqda, "Bəli" desə, deməli Uyğur Türküdür.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 3407


Oxşar xəbərlər