Bərzani Bağdada gedir - 3 ildən sonra


02:22     29 Sentyabr 2016 berzani8.jpg

İraqın Kürd Muxtar Bölgəsinin rəhbəri Məsud Bərzani paytaxt İraqa gedərək, Heydər əl-Abadi ilə görüşəcək.


Femida.az xəbər verir ki, bu barədə ictimaiyyətə Məsud Bərzaninin mətbuat katibi Kifah Məhəmməd məlumat verib. Kifah Məhəmməd bildirib ki, Məsud Bərzani Baş nazirin dəvəti ilə Bağdada gedir.

Görüşdə Bağdad və Ərbil arasındakı neft, maaş, büdcə böhranı və digər mövzuların müzakirə olunacağı qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1252