Erməni agenturası olan donor təşkilat ölkədən qaçır -ÖZƏL


17:57     23 Aprel 2015 world-vision%20(1).jpg

Bakıda qaranlıq fəaliyyəti olan təşkilatın nümayəndələri ölkədən qaçmağa hazırlaşır.

Sentyabrda baş qərargahı ABŞ-da yerləşən, Azərbaycanda 20 ildən çox fəaliyyət göstərən, 6 beynəlxalq təşkilatın ölkəmizdə kütləvi iğtişaşların təşkilini maliyyələşdirməsi haqda xəbərlər yayılmışdı.

Milli Demokratiya İnstitutu, İREX in fəaliyyətində erməni izindən sonra “World Vision İnternational” haqda yeni xəbərlər yenidən gündəmə gəlib.


Təşkilat bu illər ərzində gizlənmədən, çəkinmədən ölkədə qaranlıq fəaliyyətini davam etdirib. Nümayəndəliyin ofisi hansısa ucqar dağ kəndində yox, Nizami (“Torqovı”) küçəsi, 92 ünvanında yerləşir.

1950-ci ildə ABŞ-da yaradılan “World Vision İnternational” yevangelist xristian kilsəsinin dini və qeyri-kommersiya təşkilatıdır. Bu qurum zahirən humanitar yardım göstərmək məsələləri ilə məşğul olduğu sadə gerçəklikdir.
İlk məqamda hər şey gözəl görünür. Britaniyanın Oxfam təşkilatının başlanğıcı da zərərsiz göründüyü kimi bu təşkilat da pis təsir bağışlamır.
Oxfam ın isə Bakıdakı fəaliyyəti hamıya məlumdur.

“World Vision İnternational”ın illik büdcəsi 4 milyard dolları təşkil edir.
Təşkilatın Azərbaycan nümayəndəliyi 2004-2014-cü illər ərzində 5 qrant sazişi əsasında 1 milyon manat vəsait alıb. Həmin pulların xərcləndiyi yer isə qaranlıq olaraq qalır.
Təşkilatın Qafqaz ofisi heç təəccüblü deyil ki, Tbilisidə yerləşir. Qafqaz ofisinin idarə heyəti isə İrəvan ermənilərindən ibarətdir. Ofisin strateji planlaşdırma şöbəsinin müdiri Liana Poqosyandır. Mətbuat xidmətinin rəhbəri Narine Ohanyandır. Maliyyə direktoru Narine Matevosyandır. Kadrlar şöbəsinin müdiri Aida Arakelyandır.

Bir Aida Tbilisidə, digəri Bakıda!

Təşkilatın Bakı ofisinin idarəçilərindən biri mühasib Nailə Kərimovadır. Onun əvvəlki iş yeri isə mobil operatorlardan biri olub. Aida Kərimova əvvəlki iş yerindən sırf ortaq lahiyə, xeyriyyə məqsədi ilə maliyyə ayırmağa cəhdə görə uzaqlaşdırılıb.

Ax Giorgi, Giorgi...

Təşkilatın icraçı direktoru Giorgi Devidze hələ oktyabr ayından Bakını tərk etməsi haqda xəbər yayılıb. Təşkilatla işləyən podratçı qurumlar və işçilər isə sonuncu dəfə xidmət haqqı və məvacibi avqust ayında alıblar. Azərbaycan təhlükəsizlik orqanlarının apardığı əməliyyatlardan sonra isə Nailə Kərimova işçilərə maaş verə bilməyəcəyini, bütün vəsaitin Giorgi Devidzenin hesabında olduğunu deyib. Eyni zamanda xanım mühasib onu da deyib ki, təşkilatın sənədləri orqanlar tərəfindən araşdırma məqsədi ilə götürülüb. O, heç bir hüquqi addım ata bilmir. Halbuki, Gİorgi Devidzeyə Bakıdan çıxmağa məhdudiyyət qoyulub.

Qəfil məvacib paylanır

Bu gün isə mühasibin podratçı şirkətlərə və işçilərə nəğd yolla maaş payladığı haqda məlumat yayılıb. Məlum olub ki, qaranlıq fəaliyyəti olan qruplaşma nümayəndələri işçilərlə haqq-hesab kəsdikdən sonra ölkədən qaçmağı planlaşdırır.
İllərlə xarici donorların qrant bulağından su içən QHT-lər təsdiqləyə bilər ki, beynəlxalq donor təşkilatın nəğd yolla maaş ödənişi etməsi görülməmiş hadisədir. Belə bir hadisənin oxşarı isə SOROS təşkilatının Bakı nümayəndəliyin yarımçıq lahiyələrinin bitdiyi dövrdə yaşanıb. Nümayəndəlik qrant pullarınıda “təmizlik” işi aparmaq üçün müxtəlif müsabiqələr təşkil edib.

Təşkilat niyə qaçır?

Təşkilat haqda Ağır Cinayətlərə dair İstintaq İdarəsində ötən ilin aprel ayının 23-də cinayət işi açılıb. Bu müddətdə təşkilat xərclərin istiqamətində “azdırmalar” aparmaq məqsədi ilə məcburi audit xidmətini eyni vaxtda bir neçə xarici şirkətə gördürüb. Bu isə onları xilas edə bilməyib.

Vergidən yayınma

Cinayət işi açıldıqdan sonra təşkilatın qaydaya uyğun olaraq hesabları bağlanıb. Adi vaxtlarda hər ay müqaviləli əməkdaşlara görə 3800-4000 arasında vergi və DSMF ödəyən təşkilat maaş verdiyi işçilərin bəzisinə ödəməni nəğd edib. Bu isə hər ay orta hesabla 28 000 manat vergidən yayınma halı deməkdir.

Pullar hara xərclənib?
World Vision International iki onillikdə hər rübdə xaricdə təhsil adı altında yetişdirdiyi gənclər, kilsəyə cəlb etdiyi Azərbaycan vətəndaşları haqda təşkilatın Amerika ofisinə hesabat verib. İnsan haqlarının müdafiəsi və xeyriyyə təşkilatı mütəmadi olaraq müxalifyönlü olan qəzetlərə gizli və ya aşkar yardımlar edib.

Mövzuya qayıdacağıq.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1179