İdmançımız gümüş medal qazandı - Parisdə


01:39     31 Yanvar 2017 karate0.jpg

Milli komandamızın favoritlərindən İrina Zaretska (68 kq) Parisdə karate üzrə 1-ci kateqoriyalı Premyer Liqa yarışında gümüş medal qazanıb. Niyazi Əliyev (67 kq) isə bürünc medal uğrunda son təsəlliverici görüşdə qələbəni əldən verib.



Dünya Karate Federasiyasının (WKF) nüfuzlu turnirlər seriyasından olan yarışda milli komandamızın bir neçə üzvü iştirak edib. Onlardan Roman Heydərov (kata) səhhətində yaranan problemlə əlaqədar, Sərxan Quluzadə (84 kq-dan yuxarı) isə zədə üzündən mübarizəni davam etdirə bilməyib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-nin Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə Fransaya yollannan heyətdə beynəlxalq hakimlər Yusif Məmmədov və Anar Allahverdiyev turniri idarə edən hakimlər arasında olublar.

Açar sözlər:

Oxunub: 1682