7 nəfər tutuldu - Batumidəki gərginliyə görə


02:45     13 Mart 2017 1422464061_hebs6.jpg

Batumi şəhər məhkəməsi ötən gecə baş verən iğtişaşlarla əlaqədar 7 nəfərə beş sutkalıq həbs cəzası verib.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ümumilkdə məhkəmə 16 nəfərin işinə baxıb.

Onlardan 3-ü yetkinlik yaşına çatmadığı üçün sərbəst buraxılıb. Daha 6 nəfərin işi üzrə proses təxirə salınıb.

Xatırladaq ki, Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 30 nəfər xəsarət alıb.

Açar sözlər:

Oxunub: 880