Konqoda BMT-nin iki əməkdaşı öldürülüb


02:35     29 Mart 2017 229742_458259.jpg

Konqo Demokratik Respublikasında qətlə yetirilmiş üç insanın cəsədi tapılıb.


Bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, onlardan ikisinin BMT əməkdaşları olduğu müəyyənləşdirilib.

"İndi dəqiq söyləmək olar: Biz BMT-nin iki tədqiqatçısının cəsədini aşkar etmişik. Onlarla birlikdə qəbirdəki üçüncü cəsədin konqolu tərcüməçiyə məxsus olduğunu aydınlaşdırdıq", – deyə hökumətdən bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl - martın ortalarında Konqoda BMT əməkdaşlarının öldürüldüyü xəbər verilmişdi. Onlar ABŞ və İsveç vətəndaşlarıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 987