İdmançımız erməniyə böyük hesabla qalib gəldi - 23:3


18:23     07 Aprel 2017 taekvando.jpg

Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start verilib. Taekvondo Federasiyasından Femida.az -a verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.


Komandamızın heyətində Fizam Mehtiyev ölkəmizə ilk medalı qazandırıb. O, 58-kq çəki dərəcəsində ilk döyüşünü Albert Hovannisyana qarşı keçirib. Həmyerlimiz Ermənistan millisinin taekvondoçusunu dayanq üzərinə çıxmağa peşman edib. O, rəqibini 23:3 hesabı ilə məğlub edib.

Təmsilçimiz ardınca yerli Koloyan Binevi (8:5), ukraynalı İqor Poyedinoka da qalib gələrək yarımfinala adlayıb. Həlledici döyüşə vəsiqə uğrunda Dmitri Naqayevlə (İslaril) gərgin keçən döyüşün əsas vaxtı bərabər hesabla bitsə də, Mehtiyev qızıl xalla məğlub olaraq, bürünc medalla kifayətlənib.

Digər idmançımız Paniz Esmaeilpour (46 kq) ilk döyüşündə israilli idmançı Abishaq Semberqlə əsas vaxtı bərabər başa vursa da, döyüşü qızıl xalla əldən verib. O bununla da mübarizəni vaxtından əvvəl bitirib.

Xatırladaq ki, komandamız Avropa birinciliyinə 7 taekvondoçu ilə qatılıb. Yarışa aprelin 9-da yekun vurulacaq.

Femida.az


Açar sözlər:

Oxunub: 3199