Avtobusda gizlədilən narkotika tapıldı


19:15     13 May 2017 ayaqqabida%20narkotik%20askarlandi.jpg

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.


Femida.az -ın verdiyi məlumata görə, baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun salonunda, sürücü oturacağının arxasından 3-cü sırada olan oturacaqların ətrafı əsaslı yoxlanılıb. Nəticədə, həmin sərnişin oturacaqlarından birinin avtobusun yan divarına tərəf hissəsində bir büküm, xalis çəkisi 8,72 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdrıma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 884