Topçubaşov haqqında film çəkiləcək


15:00     20 Avqust 2015 topcubasov.jpg

Bakı Media Mərkəzi “Qərib məzarlar” şərti adlı layihə üzərində işləyir.


Mərkəzdən Femida.az-a verilən məlumata görə, layihə çərçivəsində Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin taleyinə həsr olunmuş sənədli film hazırlanacaq: “Məlum olduğu kimi nümayəndə heyətinin gərgin və fədakar əməyi sayəsində 1920-ci ilin yanvarında Azərbaycan Respublikasının müstəqilliyi de-fakto tanınıb, lakin həmin ilin aprelində 11-ci Qızıl ordunun müdaxiləsindən sonra Azərbaycanda hakimiyyət bolşeviklərə təhvil verilib. Bundan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri ömürlərinin sonuna qədər vətənə dönə bilməyiblər. Lakin elə ömürlərinin sonuna qədər də Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb, bu yolda hər cür əzab-əziyyətə və məhrumiyyətə dözüblər”.
Paris, Moskva, Peterburq və Tbilisi arxivlərində saxlanılan sənədlər əsasında hazırlanan filmin məqsədi soydaşlarımızın Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətini göstərməkdir.

Bundan başqa layihə çərçivəsində nümayəndə heyətinin üzvləri, eləcə də bu və ya digər səbəblər üzündən Fransada mühacir həyatı yaşamağa məhkum olunmuş digər soydaşlarımız haqqında kitab-albom nəşr etmək də planlaşdırılır.

Açar sözlər:

Oxunub: 742


Oxşar xəbərlər