İdmançımız Avropa çempionu olub
02:13 25 İyul 2017
Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən Azərbaycanın stolüstü tennisçiləri yarışları böyük uğura başa vurublar.
Femida.az Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, 44 Avropa ölkəsindən 520 idmançının iştirak etdiyi çempionatda gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yer tutaraq qızıl medalın sahibi olub. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazalılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan himni səsləndirilib.
Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb.
Yüksək nəticə əldə edən stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i isə bürünc olmaqla 3 medalla qayıdırlar.
Femida.az
Oxunub: 1008
Oxşar xəbərlər
- İdmançımız dünya çempionu oldu
- İdmançımız Avropa çempionu oldu
- İdmançımızın meyiti Livanda qalıb - Gətirməyə 20 min dollar istəyirlər
- İdmançımız Avropa çempionu oldu
- İdmançımız alman rəqibini nokauta saldı
- İdmançımız dördüncü qızılını qazandı
- İdmançımız Parisdə bayrağımızı qaldırdı
- İdmançımız erməniyə böyük hesabla qalib gəldi - 23:3
- İdmançımız Avropa üçüncüsü olub
- İdmançımız gümüş medal qazandı - Parisdə