Bərzani 8,8 milyard dollar istədi


22:09     02 Oktyabr 2017 berzani8.jpg

İraq Kürd Regional Rəhbərliyi (İKRR) Bağdad rəhbərliyinin məmur maaşlarının ödənməsi mövzusunda təqdim etdiyi rəqəmin özləri üçün yetərli olmadığını açıqlayıb.


Bu barədə İKRR Təbii Sərvətlər Nazirliyi sosial media hesabından açıqlama verib. İKRR Təbii Sərvətlər Nazirliyi İraq Baş naziri Heydər Abadinin neft gəlirlərinin öz nəzarətlərinə keçəcəyi halda məmur maaşlarını verəcəklərini bildirməsindən sonra verdiyi açıqlamada Bağdad rəhbərliyinin təqdim etdiyi rəqəmin özləri üçün yetərli olmayacağını bildirib.

Nazirliyin açıqlamasında "Bağdad İKRR-da çalışan məmur maaşlarının ödənməsi üçün 368 milyon dollar təklif edir. Ancaq İKRR-in aylıq məmur maaşı xərci 732 milyon dollardır", - deyə qeyd olunub.

Qeyd edək ki, 5 milyon əhalisi olan Şimali İraq bölgəsində yalnız məmur maaşları üçün aylıq 732 milyon dollar tələbi rəsmi Bağdadı təəccübləndirib. Bu rəqəm il ərzində yalnız məmurlara təxminən 8.8 milyard dollar ödəmə aparılması anlamına gəlir.

Femida.az

Açar sözlər:

Oxunub: 912