Bərzani hökuməti və rəsmi Bağdad razılığa gəldi


23:33     08 Oktyabr 2017 barzani-allavi-gorusme.jpg

İraq Kürd Regional Hökumətinin başçısı Məsud Bərzani İraq prezidentinin müşavirləri İyad Allavi və Usame Nuceyfi ilə Süleymaniyyə şəhərində görüşüblər.


Femida.az TRT-yə istinadən xəbər verir ki, Bərzani, Allavi və Nuceyfi üçlü toplantıda İraqdakı mövcud vəziyyət və siyasi proseslərlə bağlı problemlərin həlli yollarını müzakirə ediblər.

Tərəflər arasında aşağıdakı şərtlər razılaşdırılıb:

1) Siyasi partiya və tərəflər arasında danışıqların başlaması,

2) Danışıqlar üçün açıq gündəlik tutulması,

3) İraq Kürd Regional Hökuməti üzərindən sanksiyaların təxirə salınmadan qaldırılması,

4) Ən yaxın zamanda Bağdad və Ərbil arasında görüşlərin başlanılması.

Açar sözlər:

Oxunub: 878