Kataloniyada erkən seçkilər keçiriləcək
17:53 20 Oktyabr 2017
İspaniyanın müxalif Sosialist Partiyası və İspaniya hökuməti Kataloniyada erkən regional seçkilərin keçirilməsi barədə razılıq əldə edib.
Femida.az xarici KİV-lərə istinadən bildirir ki, seçkilərin 2018-cu ilin yanvarında keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, oktyabrın 21-də İspaniya Nazirlər Kabinetinin növbədənkənar iclası keçiriləcək. Bu iclasda Kataloniyanın muxtariyyətinin dayandırılması məsələsi müzakirə olunacaq.
Femida.az
Oxunub: 850