Bərzani geri addım atır - Referendumun nəticəsini ləğv edir


14:53     25 Oktyabr 2017 berzani8.jpg

İraqın kürd administrasiyası sentyabrın 25-də keçirilən müstəqillik haqqında qanunsuz referendumun nəticəsini ləğv etməyə hazırdır.


Femida.az-ın məlumatına görə, bunu muxtariyyətin rəhbəri Məsud Bərzani bəyan edib.

Bu qərarın İraqın mərkəzi hakimiyyəti ilə dinc danışıqlara başlamaq məqsədilə qəbul edildiyi bildirilir.

M.Bərzani deyib ki, Ərbil sülh tərəfdarıdır və regionda hərbi fəaliyyətin davam etdirilməsini istəmir.

Femida.az

Açar sözlər:

Oxunub: 737