Batumidə azərbaycanlı turist dənizə düşüb


23:45     05 Noyabr 2017 batumi%201204.jpg

Bazar günü Gürcüstanın Batumi şəhərinin Qara dəniz sahillərində Azərbaycan və Ukraynadan olan iki turist deltaplanla dənizə düşüb.


Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Agentliyinin mətbuat xidmətinə istinadən "Ipress" məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
"Uçan aparat havaya qalxmaq cəhdlərindən dərhal sonra dənizə düşüb. Xilasedicilər yedək qurğu vasitəsi ilə aparatı və onda olan iki turisti tapa biliblər", - deyə idarənin məlumatında bildirilir.
Qeyd olunur ki, aparat dənizə 15 metr hündürlükdən Batumi yaxt-klubu yaxınlığında düşüb.

Açar sözlər:

Oxunub: 701