Psixoloq :“Televiziyalar qadını döyməyi təbliğ edir”


20:42     05 May 2015 858585.jpg


Aytac Babayevanın qətli, daha sonra da 11-ci sinif şagirdinin intihara cəhdi cəmiyyətdə qadınların vəziyyəti, qadınlara qarşı mənəvi və fiziki zorakılığı gündəmə gətirdi.


Mövzunu şərh edən psixoloq Elmir Əkbər Femida.az-a danışıb :

“Baş verənlər Azərbaycan düşüncəsindən, mentalitetdən qaynaqlanır“

Mentalitetində qadına qarşı bəzi haqsızlıqlar, onu kiçildən münasibət və qadına qarşı aqressiya var. Biz gərək, mübarizə aparaq. Başa düşməliyik ki, əgər qadın ailədə, cəmiyyətdə özünü xoşbəxt hiss etmirsə, tam rahat deyilsə, o cəmiyyətdə, o ailədə heç kim xoşbəxt ola bilməyəcək, heç kim özünü rahat hiss etməyəcək. Qadın haqlarını cəmiyyət həzm etməlidir. Son zamanlarda kişilərdə çılğınlaşma gedir, aqressiv münasibət artır. Hər bir halı fərdi analiz etmək etmək lazımdır, amma ümumi götürəndə kişilər daxillərindəki natamamlıq kompleksini, öz cılızlığını daxili psixoloji gücü ilə dəf edə bilmir, bunu aradan qaldıra bilmir ona görə də aqressiyasını özündən fiziki cəhətdən daha zəif olan qadına yönəldir”.
Psixoloq hamiləlik dövrünə də diqqət çəkir:

“90-ci illərdə müharibə dönəmi idi. Misalçün Aytac Babayeva cinayətində təqsirli bilinən cinayətkar həmin illərdə doğulub. Həmin şəxs kimdir? Bax o müharibə illərində ailə qayğısı görməyən, diqqətdən kənarda qalan, düzgün tərbiyə ala bilməyən biridir. Burda yaşanmış müharibənin, SSR-nin dağılmağının, sosial problemlərin rolu çox böyükdür. Hazırkı günümüzdə mən çox neqativ hallarla rastlaşıram. Bəzən görürəm ki, hansısa məşhur insan, incəsənət adamı qadına qarşı aqressiv fikir səsləndirir. Deyir, “Qadını döymək olar”. Bu çox iyrənc ifadədir. Hətta bir dəfə efirlərin birində zurnaçı dedi ki, belə qadının başını kəsərəm. Çox təəccüblənirəm. Elə rahat formada deyir ki, ele bil əlinə zurna götürüb ifa etməkdən danışır. Axı incəsətlə məşğul olan insan daha mülayim, yumşaq yanaşma tərzi göstərməlidir. Onlar qadına qarşı daha hömətli, sayğılı olmalıdır. Mən xüsusilə vurğuladım ki, incəsənətlə məşğul olan birisi qadına qarşı daha zərif münasibətdə olmalıdır. Adından bəlli olduğu kimi bu sənət “incə” sənətdir. Bu sahənin sahibləri qadın münasibətində bir addım irəlidə olmalıdır”.

E.Əkbər qadın zorakılığında qadınların özünün də günahkar olduğunu vurğulayıb: “Öz gəlinlərini oğlanlarına döydürən qaynanalar azdır? Analar qızlarına qarşı çox haqsız davranır. Onları zorla kimə gəldi ərə satırlar. Özündən daha böyük kişiyə ərə vermirlər, “satırlar”. Çox heyif ki, bizim bu problemimizdə qadınların özünündə iştirakı var. Unutmayaq ki, qadına qarşı zorakılıq göstərən hər bir kişini elə qadın böyüdüb. Belə insanların tərbiyəsində problem olub. Problem çoxtərəflidir. Bu dəqiqə bilirsinizmiki, cəmiyyətimizdə nə qədər psixi cəhətdən natamam insanlar var? Psixoloji çatışmazlıqların, inkişaf edən qadını qəbul edə bilməyən kişilərdən danışan psixoloq qeyd edib ki, qadınların bu cür irəliləməyinin, inkişafının çoxu görüntüdür: “Əgər bir qadın bu gün qısa ətək geyinirsə, bu o demək deyil ki, o hələ müasir cəmiyyətə interiqasiya olunub, tam inkişaf edib. Bu gün dəfələrlə şahidi oluram ki, hansısa bir müəsisədə qadın işləyir, orda iş yoldaşları kişilər həmin qadına tənə ilə yanaşır. Bax, bu özü də eybəcərlikdir. Bu məsələlərdə kişilərin durumları daha pisdir. Mən dəfələrlə inkişaf etmiş qadınlar arasında elələrini görmüşəm ki, “Kişinin yumruğu möhkəm olmalıdır. Kişi yumruğunu stola vurmağı bacarmalıdır. Kişi yumruğunu stola vurdusa qadın sakit dayanlıdır” və s deyiblər. Demək olmaz ki, hər evdən çıxan, işləyən, istədiyini geyinən qadın psixoloji cəhətdən böyümüş hesab olunur. Demək istəyirəm ki, zahiri görüntü bizi aldadır. Qadınlarında içərisində problemliləri çoxdur. Amma kişilərlə müqaisədə kişilərin problemliləri daha çoxdur. Bunu çox səbəbi ola bilər”. E.Əkbər hesab edir ki, əhali arasında sorğular keçirilsə və bu sorğular nəticəsində psixoloji problemi olan insanlar aydınlaşar:

“Bunun nəticəsində bir çox cinayətlərin qarşısı alına bilər. Vaxtında düzgün tədbirlər göstərilsə bu hallar baş verməz. Bir həkim kimi onu deyim ki, valideyinlər ehtiyatlı olsun, övladları ilə daha dərindən maraqlansınlar. Baxsınlar ki, qızları, oğlanları kimlərlə görüşür. Qızınız hansı oğlanın qucağına minib, ciyninə çıxıb şəkil çəkdirir, siz evdə olanda, və ya olmayanda qızınız hansı oğlanı evinizə gətirir və ya siz evdə olanda. Söhbət onda deyil, kimsənin şəxsi seçiminə müdaxilə etsin, amma ən azından bir cəmiyyət olaraq bir-birimizə qarşı biganə olmamalıyıq. Bəs valideyin hansı gün valideyinə lazımdı? Ən azı bir baxsınlar bu adam manyakdır, yoxsa psixopat. Yetkinlik yaşına çatmamış uşaqlarla məktəbdə müəllimələr maraqlansınlar. Bizim problemlərimizin çoxunun kökündə biganəlik dayanır. Baxın, hansı qadına qarşı zorakılıq törədən oğlanlar hansı xarici dili bilir? Hansı birinin hansısa qeyri-adi istedadları var? Fikir verin ki, bu hadisələri törədən cinayətkarlar hamısı tüfeyli həyat yaşayanlar,avam, səhlənkar insanlardır. Heç kim vicdanla yanaşmır. Qadına hansı haqq veriləndə də tənəylə verirlər. Qadın dünyaya gələndə onun haqları ona verilir. Heç kəsin ixtiyarı yoxdur, o haqqı tapdalamağa. Qadına hörmət olunmalıdır. Bu hamının borcudur. Buna məcbursunuz”.

Toma Novruz,
Femida.az

Açar sözlər:

Oxunub: 1320